Heç düşünməzdim məni,səndə atarsan Heç düşünməzdim məni,özgə sanarsan Nələr oldu,nələr səbəb,bilmədim əsla Heç düşünməzdim məni,gözdən atarsan
Götürüm badə içim,bəlkə silim adın dilimdən Götürüm badə içim,nifrət edim sənə dərindən Nələri yaşatmısan sən,mənə ey insafsız adam Götürüm badə içim,qəmim qəm üstədir əlindən
Belə bilsəm sənə,bel bağlamazdım Sənin üçün ürəyimdə yer saxlamazdım Gəncliyimlə oynadın,heyif ola məndən Kaş səni heç zaman bağışlamazdım