Talıb Tale & Zeynəb Həsəni - Narın Narın
0 0
Караоке
Слова песни исполнителя . Читайте текст онлайн с любого устройства — легко и удобно!

Talıb Tale & Zeynəb Həsəni - Narın Narın

Текст песни


Nə gözəl gün bu gün, təbiət könlüm açır
Sevgi dolu qəlbim, yenə səni danışır
Cingildəsin qulaqların, cingildəsin qulaqların

Sevgim coşub daşır, sellər sular kimi
Budaqları sarıyan sarmaşıqlar kimi
Məni sara qolların, məni sara qolların

Yadıma düşmüsən yenə narın-narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə bu eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın

Çin olar arzular nə keçir qəlbindən
Qovuşunca biz yenə gülüm sevincimdən
İslanar yanaqlarım, islanar yanaqlarım

Dağlar qərib qalar, olsa duman çənsiz
Biləsən, sevgilim, səndən ayrı sənsiz
Nələr çəkir bu yarın, nələr çəkir bu yarın

Yadıma düşmüsən yenə narın-narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə bu eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın

  • Исполнители:
  • Просмотров: 31

Комментарии (0)
Добавить
Если вдруг заметили опечатку, или просто хотите подправить что-то, не стесняйтесь и пишите в комментариях. Мы все тут за безупречный текст!

АудиоТекст » Lyrics » Şarkı sözleri » Talıb Tale & Zeynəb Həsəni - Narın Narın